Milli Basketbol Assosasiyasında keçirilən oyunlardan birində nadir hadisə baş verib. “Finiks Sans” öz meydançasında “San Antonio Spörs”ə məğlub olub.

Maraqlısı odur ki, meydan sahibləri oyunun 47 dəqiqə 58 saniyəsi ərzində hesabda öndə olublar. Lakin bu, qələbəyə yetərli olmayıb. Sona 2 saniyə qalmış qonaqlar qələbə atışını yerinə yetirməyi bacarıblar.

Son məhsuldar hücum meydan sahiblərinin liderlərindən biri Kevin Dürantın top itkisindən sonra başlayıb. Forvard Keldon Conson “Spörs”ə qələbə qazandırıb. Çempionatın gənc ulduzu Viktor Vembanyama oyunu 18 xalla tamamlayıb.

Gecə keçiriən digər oyunlarda “Los-Anceles Klippers” evdə “Orlando Mecik”i məğlubiyyətə uğradıb – 118:102. “Klivlend Kavalers” isə “Nyu-York Niks”ə 91:109 hesabı ilə məğlub olub.

Shares: