Ağır çəkidə WBA, IBF və WBO çempionu Aleksandr Usik (karyerası ərzində 21 qələbə və 0 məğlubiyyət) və WBC çempionu Tayson Fyuri (33 və 0) arasında mütləq dünya çempionluğu adı uğrunda döyüş 2024-cü ilin fevralında keçiriləcək.
ESPN-in məlumatına görə, əvvəlcə döyüş dekabrın 23-nə planlaşdırılmışdı. Lakin Fyuri dekabra qədər hazır olmayacağına görə ertələnib. Qarşılaşma Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda baş tutacaq.
Xatırladaq ki, keçən həftə Fyuri 10 raundluq döyüşdə hakimlərin qərarı ilə (96:93, 94:95, 95:94) Frensis Nqannunu (17-3) məğlub etmişdi.