“Seltik” “Yaşıl briqada” adlı azarkeş qrupuna sərt cəza tətbiq edib.

Futbolinfo.az Britaniya mətbuatına istinadən xəbər verir ki, buna onların Fələstinə dəstək verməsi səbəb olub.

Bu qərarın verilməsi “Atletiko”ya qarşı Şotlandiyada keçirilən Çempionlar Liqasının oyununda əvvəl qrup üzvlərinin Fələstin bayrağını qaldırması ilə əlaqədardır. Onlar İsraillə münaqişədə olan Fələstinə dəstəklərinə bu formada ifadə ediblər.

Həmin azarkeşlərə göndərilən elektron məktublarda onların “Seltik”in daxili matçlarına girişinin qadağan edildiyi – biletlərinin (abonentlərinin) ləğv olunduğu bildirilib.

Məlumata görə, “Yaşıl briqada”nın şüarları səbəbindən UEFA “Seltik”ə bundan əvvəl 2 dəfə cərimələyib. Klubun mümkün daha sərt qərarlardan çəkindiyi səbəbindən belə addım atdığı qeyd olunub.

Shares: