Marsel “Olimpik”i öz azarkeşlərindən birinə 18 ay matçlara getməyi qadağan edib.

Futbolinfo.az xəbər verir ki, buna Liqa 1-in 10-cu turunda Lion “Olimpik”i ilə görüşdən əvvəl adı açıqlanmayan şəxsin əlində 28 tüstü bombası aşkar edilməsi səbəb olub.

Həmin şəxs polis tərəfindən saxlanılıb. O, məhkəmədə günahını etiraf edib. Azarkeş həm də cərimə ödəməli olub.

Qeyd edək ki, oktyabrın 29-da stadiona gedən Lion “Olimpik”inin avtobusu maskalı Marsel “Olimpik”inin azarkeşləri tərəfindən hücuma məruz qalıb. Hücum nəticəsində Lion klubunun baş məşqçisi Fabio Qrosso üzündən xəsarət alıb. Nəticədə oyun təxirə salınıb.

Shares: