Bu gün Azərbaycan I Liqada 7-ci turun növbəti oyunları keçiriləcək. Son 2 turda problemlərlə üzləşən “İrəvan” “Mingəçevir”in qonağı olacaq. Komanda artıq səfərə yollanıb.

Futbolinfo.az-ın əldə etdiyi məlumata görə, 4 futbolçu yenə də maaşlar verilmədiyinə görə komanda ilə Mingəçevirə qarşı keçiriləcək matça getməyib. Bunlar Vüqar Bəybalayev, Mirabdulla Abbasov, Mirsahib Abbasov və İbrahim Əliyevdir.

Əldə etdiyimiz digər məlumata görə isə onlarla müqaviləyə xitam verilib. Məşqlər boykot edən 4 futbolçu heyətdən kənarlaşdırılıb. Amma anlaşmanın birtərəfli pozulması qaydalara ziddir. Yəqin ki, tərəflərin çəkişməsi uzun sürəcək.

Shares: