“Araz-Naxçıvan”ın kapitanı Numan Kurdiçin futbolinfo.az saytına müsahibəsi
– Premyer Liqanın 11-ci turunda “Qarabağ” üzərində 2:1 hesablı qalibiyyət əldə etdiniz. Qələbə sizin üçün də sürpriz oldu?
– Bizim üçün çox çətin oyun idi. Favorit komandaya qarşı oynayırdıq. Lakin müdafiədə etibarlı dayana bildik, arxa xətdə inamlı oynadıq. Həm də qeyd etmək istəyirəm ki, bir az şanslı idik. Əlimizdə düşən fürsətləri qola çevirməyi bacardıq. Nəticədə də qələbə qazandıq.
– Düşünürsən ki, komandanız şanslı günündə idi?
– Tam da o cür deyil, çünki bizim bir oyun tərzimiz var və meydanda daim mübarizə aparırıq. Amma hər kəs gördü ki, müəyyən qədər bəxtimiz gətirdi. Bunu inkar edə bilmərik.
– “Araz-Naxçıvan” artıq mövsümün sürpriz komandasıdır…
– Bununla razılaşmamaq olmaz. Biz bu liqada yeniyik və hazırda 3-cü pillədəyik. Əlbəttə ki, bunu sürpriz adlandırmaq mümkündür. Çünki turnir cədvəlindəki mövqeyimiz komandamız üçün çox yaxşıdır.
– Bu nəticələrdən sonra beyninizdə “avrokuboklara gedə bilərik” fikirləri yaranır?
– İndiki məqamda bundan danışmaq çətindir. Həm də bu, bizim işimiz deyil. Yalnız matçlara köklənirik. Çempionatın ilk yarısından sonra bu barədə danışa bilərik. İndiki vaxtda əmin deyiləm.
– 11 oyun keçirmisiz, komandanı kapitan kimi meydana çıxarmısan. Karyeranın burdakı hissəsini necə şərh edə bilərsən?
– Düşünürəm ki, hər şey qaydasındadır, yaxşı komandamız var, maraqlı çempionatda oynayırıq.
– Qarşıda “Sumqayıt”la matç var…
– Normal olaraq çətin oyun keçəcək. Biz qələbə istəyirik və bilirəm ki, “Sumqayıt”da eynisini düşünür. Maraqlı və ağır oyun olacaq.
CAVAD