Avroliqanın baş direktoru Paulyus Motiejunas turnir iştirakçılarının sayının artırılması ilə bağlı şayiələrə münasibət bildirib. O, London və Parisin Avroliqa üçün vacib bazar olduğunu bildirsə də, liqanın 24/25 mövsümündə genişlənməyəcəyini söyləyib.
“Biz hələlik komandaların sayını artırmayacağıq. Növbəti mövsüm üçün bu variantı nəzərdən keçirmirik. Aydındır ki, London və Paris böyük bazarlardır, bunu dəfələrlə qeyd etmişik. Amma bu variantın reallaşmasının vaxtı hələ çatmayıb.
Hər iki şəhərin avrokubokda iştirak edən komandalarla təmsil olunması bizi sevindirir. Bu, Avroliqada oynamaq üçün ilk addımdır”, – deyə Motiejunas vurğulayıb.
Motiejunas Paris klubunun 2024-cü ildə Avroliqada iştirak etmək üçün “wild card” alacağı ilə bağlı məlumatı təkzib edib. Onun sözlərinə görə, Avroliqaya düşməyin yeganə yolu avrokubokda qalib olmaqdır.