Gənc istedadları heyətinə toplayan “Nyukasl” daha bir futbolçunun izindədir. İngiltərə klubu yenə üzünü Braziliya bazarına tutub.
Futbolinfo.az xəbər verir ki, “sağsağanlar” “Santos”un hücumçusu Markos Leonardonu heyətinə qatmaq istəyir. 20 yaşlı hücumçu üçün danışıqlara başlayan Premyer Liqa təmsilçisi qışda onun transferini bitirmək niyyətindədir.
“Santos” oyunçusu üçün 30 milyon avro tələb edir. İngilislər isə bunun 2/3 hissəsini ödəməyə razıdır.