“Yuventus” cəzalı futbolçusuna dəstək olmaq qərarına gəlib. Qeyri-qanuni mərc oyunlarında iştiraka görə 7 aylıq diskvalifikasiya edilən Nikolo Facioli turinlilərdən yeni müqavilə təklifi alıb.

Futbolinfo.az xəbər verur ki, yarımmüdafiəçinin mövsümün sonuna kimi komandaya kömək etməyəcəyi dəqiqdir. Lakin bu məqamda “Yuventus” onun ruhdan düşməməsi üçün belə addım atıb. Razılıq əldə olunsa, 22 yaşlı oyunçu ilə 2026-cı ilin yayında bitəcək anlaşma daha iki il uzadılacaq.

Turinlilər Faciolinin maaşını da artıracaq. İndiyədək ilə bir milyon avro alan futbolçu bundan sonra 50 faizlik artıma sevinəcək. Klubun yetirməsinin təklifə müsbət cavab verməsi gözlənilir.

Shares: