Həbib Nurməhəmmədov Dağıstanda baş vermiş insidentdə günahkar olan gənclərin əfv edilməsini istəyib. UFC çempionu respublikanın rəhbərliyinə müraciət edərək onları bağışlamağa çağırıb.
“Xahiş edirəm, gənclərin taleyini korlamayın. Digərlərinə nümunə olacaq deyə, onları cəzalandırmayın. Dağıstanda bu keçmir. Bunu anlamaq anlamağın və xalqla birbaşa dialoqa keçməyin vaxtıdır. Xeyirxahıq nümayiş etdirin”, yazılan müraciəti repost edən qarışıq döyüş ustası “Allah böyük və bağışlayandır” şərhini də əlavə edib.
Xatırladaq ki, insident oktyabrın 29-da Mahaçqala aeroportunda baş vermişdi. Bir qrup gənc İsrail vətəndaşı tapıb cəzalandırmaq üçün hava limanının ərazisinə daxil olmuşdu.