“Spartak”ın və Rusiya yığmasının sabiq yarımmüdafiəçisi Aleksandr Səmədov “Qızıl top”un argentinalı hücumçu Lionel Messiyə verilməsinə münasibət bildirib.
Futbolinfo.az Səmədovun bu barədə fikirlərini təqdim edir:
“Dünya çempionatı – Messinin “Qızıl top”u almasında əsas meyardır. Bu, onun karyerasının ən böyük nailiyyətidir. Hər şey obyektivdir: Messi görkəmli usta və böyük futbolçudur. Amma şəxsən mən heç kimə köklənməmişəm. Mbappe və Haland? Düşünürəm ki, onların hər ikisi də karyeralarında “Qızıl top”un qalibi olacaqlar”.