Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Dinamo” Xorvatiya kubokunda 1/8 final oyununa çıxıb. Zaqreb təmsilçisi aşağı liqa təmsilçisi “Oriolik”in qonağı olub.
Matç “Dinamo”nun 8:0 hesablı qələbəsi ilə başa çatıb. Emreli 62-ci dəqiqədə meydana daxil olub və 77-ci dəqiqədə komandasının 7-ci qolunun müəllifi olub.
“Oriolik” – “Dinamo” (Zaqreb) 0:8
Qollar: Stubikan, 25. Drniç, 29-pen.; 40-pen.; 42. Bernuer, 45+2. Marin, 54. Emreli 77. Kulenoviç, 82.
Bu qələbə ilə Zaqreb klubu 1/4 finala yüksəlib.