“Milan” Coşua Zirkzeeni heyətinə qatmaq istəyir. “Bolonya”da parlayan oyunçu “rossonyerlər”in əsas transfer hədəflərindən biridir.
Futbolinfo.az xəbər verir ki, “rossonyerlər” bu keçidi qışda reallaşdırmayacaq. Onlar futbolçunun nkişafına əmin olmaq üçün mövsümün sonunadək gözləmək niyyətindədir. Coşua ümidi doğrultsa, mövsüm bitən kimi klubuna rəsmi təklif göndəriləcək.
22 yaşlı Nigeriya əsilli niderlandlı bir il öncə 8,5 milyon avro qarşılığında “Bayern”dən alınıb. Hazırda dəyəri ikiqat artan oyunçunun “Bolonya” ilə 2026-cı iln iyulunadək müqaviləsi var.