“Tottenhem”in uğurlu çıxışı komanda daxilində də ab-havanı yaxşılaşdırıb. Londonluların Premyer Liqada zirvədə olması həm də futbolçuların birliyinin nəticəsidir.
Bunu Emerson Royalın dediklərindən də anlamaq olar. Ötən mövsümədək əsas heyətin dəyişilməz üzvü olan futbolçu Pedro Porronun onu heyətdən sıxışdırmasına normal yanaşır: “Peşəkarıq və aramızda əla, sağlam rəqabət var. Doğrusu, bundan zövq alırıq. Həmişə oynamasam da, güclüyəm, məşqçi mənə ehtiyac duyduğu vaxt güvənə biləcəyinə əmindir”.
Emerson üçün əsas məsələ komandanın liderliyini qorumasıdır: “Zirvədə qalmaq hirsimiz var. Bu mövsüm sonunadək çempionluq uğrunda mübarizə aparacağımıza inanıram”.