FİFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru Elxan Məmmədovun AFFA prezidenti olmaq sevdası günü-gündən alovlanır. Sabiq baş katib məhvə sürüklədiyi Azərbaycan futbolunun başına keçmək üçün əməli fəaliyyətə başlayı.
O, bunun üçün artıq bir sıra görüşlər də keçirib. Təbii ki, 44 yaşlı funksioner medianı da unutmur. Çünki burada çalışdığı müddətdə daim mətbuatın təzyiqi altında olub, əməlləri ifşa edilib. Bu təzyiqlərdən qurtulmaq üçün o, yeni idman saytı yaratmağı planlaşdırır. Məqsəd seçki ərəfəsində təyinatına zəmin formalaşdırmaq olacaq. AFFA prezidenti seçildikdən sonra da həmin sayt ona qalxan rolunu oynamalıdır.
Məmmədov Bakıya son səfəri zamanı bir sıra adamlarla görüşüb, əməli fəaliyyət başlayıb. Yüksək büdcə müəyyənləşdirilib, saytın təsisi üçün ilkin addımlar atılıb. Tezliklə bu barədə daha ətraflı bilgi verəcəyik.