Bolqarıstan çempionatında 7-ci turdan təxirə salınmış oyunlar keçirilib.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Cəlal Hüseynovun komandası “Arda” da növbəti matçına çıxıb.
Sözügedən komanda evdə Sofiya təmsilçisi “Levski” ilə qarşılaşıb. Oyun qolsuz bitib – 0:0.
Cəlal da bu matçın iştirakçısı olub. O, 69-cu dəqiqədə meydana buraxılıb.
“Arda” hazırda 25 xalla 6-cı pillədə qərarlaşıb.