“Kəpəz”də yeni gərginlik gözlənilir. Uğursuz nəticələr klubda qarışıqlığa səbəb olub. Artıq hamı “günah keçisi” axtarır.
Hazırdaəsas məsələ Azər Məmmədovla bağlıdır. Klub rəhbərliyinin ümidini doğrultmayan baş məşqçi qələbəsiz seriyanı dayandıra bilməsə, qışadək postundan qovulacaq. Artıq onun Mahmud Qurbanovla əvəzlənəcəyi barədə xəbərlər dolaşır. Vaxtilə Gəncə klubuna rəhbərlik etmiş mütəxəssisin “Səbail”dən ayrıldıqdan sonra işsiz olması xəbərləri inandırıcı edir.
Artıq Mehman Allahverdiyevin idman direktoru postundan uzaqlaşdırıldığı da yazılır. Bir neçə dəfə kluba gəlib-getmiş mütəxəssis bu dəfə İdarə Heyətində saxlanılacaq. Onu idman direktoru postunda kimin əvəz edəcəyi isə bilinmir.
Daha bir istefa xəbəri “Qəbələ”də gözlənilir. Rəhbərlik Elmar Baxşıyevə qışadək vaxt verib. Vəziyyət dəyişməsə, komanda autsayder olaraq qalsa, baş məşqçi əvəzlənəcək. Baş menecer Nail Kərimovla yola getməyən Baxşıyev də gedişatın fərqindədir. Hərimov onun əvəzinə bir neçə mütəxəssislə ilkin danışıq aparıb.