Venesuelalı güllə atıcısı Leonel Martines Olimpiya Oyunlarına lisenziya qazanıb. 60 yaşlı idmançı 40 ildən sonra yenidən mötəbər turnirdə yarışacaq.

O, bu lisenziyanı Panamerikan oyunlarında əldə edib. Venesuelanın Olimpiya Komitəsi atleti Olimpiya Oyunlarının heyətinə salacağını bəyan edib.

Martines birinci dəfə 1984-cü il Olimpiya Oyunlarında, 20 yaşı olarkən iştirak edib. O vaxt idmançı komanda yarışında mübarizə aparıb. Bu dəfə isə fərdi şəkildə qüvvəsini sınayacaq. Beləliklə də, idmançının iki Olimpiada arasında mübarizə intervalı 40 il təşkil edəcək.

Olimpiya Oyunları tarixində ən böyük fasilə yapon idmançı Xirosi Xokesuya məxsusdur. İlk dəfə o, 1964-cü ildə at yarışlarında çıxış etmişdi. Üstündən 44 il keçdikdən sonra isə yenidən Olimpiya Oyunlarına qatılmışdı.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp