2 noyabrda cüdo üzrə kişilər və qadınlar arasında Bakı şəhər çempionatının ilk yarış günü keçirilir.

Futbolinfo.az xəbər verir ki, Hövsan qəsəbəsi, Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində baş tutan yarışda qadınlar və kişilər arasında 7 çəkidə 97 cüdoçu medallar uğrunda mübarizə aparacaq.

Yarışın ilk günündə kişilər arasında -60 kq., – 73 kq., -90 kq. və +100 kq. çəki dərəcələrində, qadınlar arasında isə -48 kq., -57 kq. və -70 kq. çəki dərəcələrində qaliblər bəlli olacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp