Gəncə stadionunda təmir işləri başlayıb. Arenanın ərazisi hasara alınıb və tribunaların sökülməsi prosesi gedir.

Futbolinfo.az xəbər verir ki, inşaat işlərinin gedişində əlavə problemlər üzə çıxıb. Belə ki, stadionda oğurluq hadisəsi qeydə alınıb. Külli miqdarda tikinti materialı yoxa çıxıb, operativ araşdırma nəticəsində məsuliyyətsizlik edənlər tapılıb. Günahkarlar klubun daxilində olduğu üçün məsələ onların işdən qovulması və ziyanın ödətdirilməsi ilə yekunlaşıb.

Bütün problemlər yoluna qoyulduqdan sonra işlər sürətlənib. Arenanın tez bir müddətdə bərpa olunub istifadəyə verilməsinə çalışılır.

P.S.: Hadisə ilə bağlı “Kəpəz” klubunun, stadionun balansında olduğu AGİN-in münasibətini işıqlandırmağa hazırıq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp