“Vest Hem” baş məşqçisiz qala bilər. Devid Moyesin londonluları tərk etməsi mümkündür.

Futbolinfo.az xəbər verir ki, bunun səbəbi çalışdırıcının klub rəhbərliyi ilə anlaşa bilməməsidir. 60 yaşlı şotland çalışdırıcı “Vest Hem”in direktoru Tim Steydten ilə yola getmir. Hələ yayda tərəflər transfer mövzusunda qalmaqal yaşamışdı. Qışda eyni prosesin təkrarlanacağı, heyət gücləndirilməyəcəyi halda Moyesin istefa verəcəyi gözlənilir.

2019-cu ildən “Vest Hem”ə rəhbərlik edən Moyesin müqaviləsinin müddət mövsümün sonunda başa çatacaq. Amma o, yanvarda yolları ayıra bilər.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp