Azərbaycan Kubokunda 2023/2024 mövsümünün püşkü atılıb.

Futbolinfo.az xəbər verir ki, püşkatma mərasimində 32-ci dəfə təşkil olunacaq turnirə qatılacaq 34 komandanın nümayəndələri iştirak ediblər.

İlk olaraq, II Liqada yer alan 14 komanda I təsnifat mərhələsində bir-biriləri ilə qarşılaşacaq. Qaliblər II raunda adlayacaqlar. Həmin mərhələdə I liqa təmsilçiləri və ötən mövsüm Premyer Liqanın aşağı pillələrində qərarlaşan komandalar mübarizəyə başlayacaqlar. Bunun ardından 1/8 final mərhələsi təşkil olunacaq. Premyer Liqanın digər klubları isə həmin raunddan yarışa qoşulacaqlar.

Mövsümə noyabrın 18-19-da keçiriləcək I təsnifat mərhələsinin oyunları ilə start veriləcək. II raund 28-30 noyabr tarixlərində baş tutacaq. 1/8 final matçları isə dekabrın 19-21-i aralığında olacaq.

I təsnifat mərhələsi

  1. “Şəfa” – “Şəmkir”
  2. “Göygöl” – “Dinamo”
  3. “Sheky City” – “Kür-Araz”
  4. “Füzuli” – “Lerik”
  5. “Şahdağ Qusar” – “Qusar”
  6. “Baku Sportinq” – “Kürmük Qax”
  7. “Ağdaş” – “Cəbrayıl”

II təsnifat mərhələsi

  1. 1-ci cütün qalibi – “Səbail”
  2. “Zaqatala” – “Şamaxı”
  3. “Turan Tovuz” – 2-ci cütün qalibi
  4. “Araz-Saatlı” – “İrəvan”
  5. 3-cü cütün qalibi – “Araz-Naxçıvan”
  6. “İmişli” – “Mingəçevir”
  7. 4-cü cütün qalibi – “Sumqayıt”
  8. “Karvan” – “Difai Ağsu”
  9. 5-ci cütün qalibi – “Qaradağ Lökbatan”
  10. “Kəpəz” – 6-cı cütün qalibi
  11. MOİK – 7-ci cütün qalibi

1/8 final

  1. 8-ci cütün qalibi – 9-cu cütün qalibi
  2. “Zirə” – 10-cu cütün qalibi
  3. 11-ci cütün qalibi – 12-ci cütün qalibi
  4. 13-cü cütün qalibi – “Qəbələ”
  5. 14-cü cütün qalibi – 15-ci cütün qalibi
  6. “Neftçi” – 16-cı cütün qalibi
  7. 17-ci cütün qalibi – “Sabah”
  8. “Qarabağ” – 18-ci cütün qalibi

1/4 final

  1. 19-cu cütün qalibi – 20-ci cütün qalibi
  2. 21-ci cütün qalibi – 22-ci cütün qalibi
  3. 23-cü cütün qalibi – 24-cü cütün qalibi
  4. 25-ci cütün qalibi – 26-cı cütün qalibi

Yarımfinal

  1. 27-ci cütün qalibi – 28-ci cütün qalibi
  2. 29-cu cütün qalibi – 30-cu cütün qalibi

Final

31-ci cütün qalibi – 32-ci cütün qalibi

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp