“Real” daha bir futbolçusu ilə müqavilənin müddətini uzadıb. Rodriqo ilə yeni anlaşma az öncə rəsmiləşib.
Futbolnfo.az xəbər verir ki, braziliyalı hücumçu ilə 2028-ci ilin yayınadək müqavilə imzalanıb. Madriddə o, əvvəlkindən daha çox maaş alacaq.
“Real”a 2019-cu ildə yetişdiyi “Santos”dan 45 milyon avroya transfer olunan 22 yaşlı hücumçunun əvvəlki müqaviləsi gələn mövsümün sonunda başa çatacaqdı. İndi isə Vinisius Juniorun ardınca Rodriqonun da daha üç il İspaniya nəhəngində qalacağı dəqiqləşib.