“Real” heyətini yeni müdafiəçi ilə gücləndirəcək. Madridlilər “Sportinq”in oyunçusu Qonsalo İnasiunu transfer etmək üzrədir.

Futbolinfo.az xəbər verir ki, arxa xəttdə ciddi sıxıntı çəkən “Real” heyətdə rəqabəti artırmaq istəyir. Bu səbəbdən yanvarda keçidi tamamlamaq istəyirlər. “Liverpul” və “Mançester Yunayted”in də istədiyi müdafiəçi özü də İspaniyaya yollanmaq arzusundadır.

22 yaşlı portuqaliyalının transfer dəyəri 30 milyon avrodur. 2027-ci ilin yayınadək anlaşması olan Qonsalo “Sportinq”də yetişib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp