“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Azərbaycan Kubokunun püşkünü dəyərləndirib:

Futbolinfo.az xəbər verir ki, o, klubun saytına açıqlamasında bunları söyləyib:

“Düşünürəm ki, çox çətin şəbəkəyə düşmüşük. Hərçənd ilk oyunumuzu 2-ci Liqa təmsilçilərinin duelinin qalibi ilə keçirəcəyik, ondan sonrakı potensial rəqibimiz də I Liqa təmsilçisi olacaq, amma həm 1/4 final, həm də yarımfinal perspektivində çox çətin bir yol keçəcəyimiz görünür. Finala çıxmaq üçün “Neftçi”, “Sabah”, “Qarabağ” kimi komandaları məğlub etməyimiz lazımdır. Amma Kubok oyunlarının öz xüsusi ab-havası olur. Hədəfimiz maksimum dərəcədə irəliləməkdir. Çıxıb öz oyunumuzu oynayacağıq”.

Yarışa 2-ci təsnifat mərhələsindən başlayacaq “Sumqayıt” bu mərhələdə “Füzuli” – “Lerik” cütünün qalibi ilə qarşılaşacaq.

Shares: