Bu gün futzal üzrə Yüksək Liqada 5-ci turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, birinci dövrənin son turunun bütün görüşləri Bakı İdman Sarayında baş tutub.

Autsayder “Record” liderin ən yaxın izləyicisi “Baku Fire” ilə dueldən məğlub ayrılıb. İkinci oyunda da böyükhesablı qələbə qeydə alınıb. Son çempion “Araz-Naxçıvan” U-19-a 7 cavabsız qolla qalib gəlib. Turun ən bol qollu matçında isə 3 xalı “Neftçi” İK qazanıb.

Yüksək Liqa
5-ci tur

2 noyabr

Record – Baku Fire 1:6
Qollar: Mojtaba Vali, 31:19 – Fərid Ələkbərov, 18:13. Nihad İsmayılov, 18:32; 30:17. Tofiq Əliyev, 26:45; 36:51. Faiq Əliyev, 28:12.

U-19 – Araz-Naxçıvan 0:7
Qollar: İsa Atayev, 9:42. Xəzər Ağalızadə, 9:55. Xətai Bağırov, 16:51; 22:25. Lukas Romao, 22:57. Emil Həsənzadə, 30:41. Məhəmməd Abbasov, 33:10.

Yasamal Bakı – Neftçi İK 4:12
Qollar: Rüstəm Bağırov, 36:19; 37:55; 39:17; 39:43 – Amir Şojaei, 3:45. Namiq Məmmədkərimov, 8:02. Tofiq Məlikov, 8:56-öz qapısına. Vahib Xocayev, 24:30. Mirzə Əmirov, 26:47. Reza Abqoun, 27:55; 28:22; 28:29; 34:30; 36:01. Şahbaz Həndəmli, 32:31. Ülvi Əliyev, 37:18.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp