Minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında yarımfinala yüksəlib.

Futbolinfo.az xəbər verir ki, yığmamız 1/4 finalda Bolqarıstana qalib gəlib.

Elşad Quliyevin yetirmələri bu dəfə 3:1 hesablı qələbəyə seviniblər. Komandamızın heyətində 28-ci dəqiqədə Vüsal İsayev, 32-ci dəqiqədə Rəvan Kərimov, 36-cı dəqiqədə isə Mirmehdi Rzayev fərqləniblər.

Millimiz yarımfinalda Qazaxıstanla qarşılaşacaq. Görüş noyabrın 3-də baş tutacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp