“Mançester Yunayted” daha bir müddət səbr edəcək. “Qırmızı şeytanlar” baş məşqçini istefaya göndərmək üçün tələsməyəcək.
Futbolinfo.az xəbər verir ki, İngiltərə mətbuatında Erik ten Haqın tezliklə yola salınacağı ilə bağlı xəbərlər dolaşır. Komandanın ardıcıl məğlubiyyətləribdən, üstəlik dünən Liqa Kubokundan darmadağınla uzaqlaşmasından sonra niderlandlı mütəxəssisin istefa ərizəsini yazacağı deyilir. Məşqçinin futbolçularla da yola gedə bilməməsi vəziyyəti bir qədər də kritikləşdirib.
Ten Haqı əvəzləməyə bir neçə namizədin adı hallanır. Onlardan ən realı Zinəddin Zidandır.
Lakin “Mançester Yunayted”ə yaxın mənbələr bu xəbəri təkzib edir. Məlumata görə, ötən il təyinat alan və 2025-ci ilədək müqaviləsi olan baş məşqçi işini davam etdirəcək. Rəhbərlik ten Haqın vəziyyəti düzəldəcəyinə inanır.