“Kristal Pelas” komandanın liderlərindən olan Ebereçi Ezeni heyətində saxlamaq istəyir. Bir çox İngiltərə klubunun transfer etmək istədiyi cinah hücumçusu ilə yeni müqavilə imzalanmasına cəhd edilir.
Futbolinfo.az xəbər verir ki, 2020-ci ildən “Kristal Pelas”da çıxış edən 25 yaşlı nigeriyalı daha iddialı komandada oynamaq istəyir. Amma klub rəhbərliyi müqaviləsi 2025-ci iln yayında bitəcək oyunçunu qalmağa razı salmağa cəhd edir.
Bu barədə baş məşqçi Roy Hocson da danışıb: “Klub onu saxlamaq üçün çalışır. Yeni müqavilə ilə bağlı danışıqlar tezliklə başlayacaq. Ezenin qalmağa qərar verəcəyinə ümid edirəm. Çünki bizim üçün önəmli futbolçudur. Düzdür, o, tərəddüd edir, lakin biz futbolçumuzu razı salmaq üçün mümkün olanı edəcəyik”.