Futbolinfo.az “Misli” ilə reallaşdırdığı layihəni davam etdirir. Həftədə iki dəfə təxminlərimizlə tanış olmaq imkanınız olur. Variantları statistikaya əsaslanaraq təqdim edir, qazanmağınıza yardımçı oluruq.

Hər həftənin çərşənbə axşamı və cümə günləri qarşıdakı 3-4 günün oyunları ilə tanış olacaq, uyğun bildiyiniz matçları kuponunuza daxil edəcəksiz.

Artıq variantlarımızdan yararlanmaq imkanınız olub. Bu həftəsonu yenə mərc etməyiniz üçün məsləhətimiz var.

BANKO KUPON ÜÇÜN

Real Madrid – Rayo Valyekano: 1

* “Real” 11 turdan sonra 28 xalla turnir cədvəlinə başçılıq edir.

* “Rayo Valyekano” 11 turdan sonra 17 xalla 8-ci yerdədir.

* “Real” La Liqada son 5 oyunun 4-də qalib gəlib

* “Rayo Valyekano” bu mövsüm digər Madrid komandası “Atletiko”ya evdə 0:7 hesabı ilə məğlub olub.

* “Rayo Valyekano” son  6 oyuna 1 qələbə qazanıb.

* “Real” son 12 ev oyununda “Rayo Valyekano”nu məğlub edib.

* “Real” son 4 oyunun 3-də “Rayo Valyekano”dan üstün olub.

SÜRPRİZ KUPON ÜÇÜN

Everton – Brayton: 1x

* “Everton” son 3 oyunun 2-də qalib gəlib.

* “Brayton” son 4 oyunda qalib gələ bilmir.

* “Brayton” son 2 səfər oyununda uduzub.

* “Everton” “Brayton”u bu il mayın 8-də səfərdə 5:1 hesabı ilə məğlub edib.

* “Everton” son 4 oyunda “Brayton”a qol vurur.

QARIŞIQ KUPON ÜÇÜN

Fənərbağça – Trabzonspor: 1

* “Fənərbağça” bu mövsüm keçirdiyi 19 rəsmi oyunun hamısında qalib gəlib.

* “Trabzonspor” son 5 oyununu 2-də uduzub.

* “Trabzonspor” son 3 səfər oyununda 1 xal toplayıb.

* “Trabzonspor” son 2 səfər oyununda qol vurmayıb.

* “Fənərbağça” ötən mövsüm “Trabzonspor”u evdə 3:1 hesabı ilə məğlub edib.

ARZULANAN KUPON ÜÇÜN

Atalanta – İnter: qarşılıqlı qol

* “İnter” bu mövsüm çempionatda ən çox qol vuran komandadır.

* “İnter” bu mövsüm bütün rəsmi oyunlarında qol vurub.

* “Atalanta” bu mövsüm yalnız “Yuventus”la oyunda qol vurmayıb.

* Bu komandalar arasında keçirilən son 3 oyunun 2-də qarşılıqlı qol qeydə alınıb.

Shares: