Fabio Luis Ramim millimizə yerli məşqçinin rəhbərlik etməsini istəyir. Azərbaycan yığmasında, həmçinin “MKT-Araz”, “Olimpik” və “Bakı” klublarında oynamış sabiq yarımmüdafiəçi futbolinfo.az saytına açıqlamasında bu barədə danışıb.
Ramimin səbəbləri var: “Düşünürəm ki, Canni de Byazi mövcud imkanlarla əlindən gələni etməyə çalışır. Amma heç kim ölkəsini öz xalqı kimi başa düşə bilməz. Yəni azərbaycanlı futbolçuların mentaliletini yerli məşqçilər daha yaxşı bilirlər”.
Braziliyalı bu posta namizədi də seçib: “İndiki vəziyyətdə bu posta ən hazırlıqlı yerli mütəxəssis son 10 ildə avrokuboklarda yaxşı nəticə göstərən Qurban Qurbanovdur. Amma ona da vaxt lazımdır. Futbolçular səviyyələrini daha da artırmalıdırlar. Legioner həyatı yaşayan azərbaycanlıların sayı azdır. Düzdür, belələri var, amma say daha çox olmalıdır”.