“Qarabağ”ın sabiq futbolçusu Pedro Enrikenin çıxışı ölkəsi Braziliyada gündəmi zəbt edib.

Futbolinfo.az saytı yerli mətbuata istinadən xəbər verir ki, 33 yaşlı vinger “İnternasional”ın heyətində yüksək qrafik cızmaqda davam edir.

“Sambaçı” bu mövsüm keçirdiyi 46 oyunda 10 qol vurub, 4 məhsuldar ötürmə verib. Yerli KİV onun hətta Braziliya millisinə qədər yolunun ola biləcəyini düşünür. Yeganə problem Enrikenin yaşının çoxluğu hesab olunur: “Pedro ötən ildən “İnternasional”ın aparıcı oyunçularından biridir. O, getdikcə daha uğurlu çıxışla diqqət çəkir. Braziliya millisinə çağırılması belə sürpriz olmaz. Yalnız yaşı çox olduğu üçün bundan məhrum qala bilər”.

Sabiq “Qarabağ”lı Braziliya A Seriyasının digər iddialı klublarının da maraq dairəsindədir. Onun uğrunda mübarizədə “San Paulo”nun daha çox şansı olduğu bildirilir.

Qeyd edək ki, Pedro Enrike 2017-18 mövsümündə icarə əsasında “Qarabağ”ın formasını geyinib.

Shares: