FİA qaydalara yeni əlavələr edib. Bundan sonra sürücülər pit-leynin çıxışında maşını saxlaya bilməzlər.

Yeni qaydalar artıq bu gündən qüvvəyə minir. Dəyişikliyin baş verməsinin səbəbi Meksika qran-prisində yaşanmış insidentlərdir. Keçən həftə baş tutan yarışda Maks Ferstappen, Fernando Alonso və Corc Rasselin hərəkəti araşdırmaya səbəb olmuşdu. Onların hər üçü pit-leynin çıxışında gözləyərək arxadakılara mane olmuşdular.

Braziliya qran-prisindən əvvəl yarışların direktoru Nils Vittix bütün komandalara yeni təlimatları göndərib. Bundan sonra belə halların baş verəcəyi halda komanda və pilotlar cərimələnəcəklər.

Shares: