Bir neçə gün əvvəl oyun zamanı huşunu itirən “NEK Neymegen”in hücumçusu Bas Dost karyerası ilə bağlı qərar verib.

Futbolinfo.az xəbər verir ki, niderlandlı futbolçu bu barədə yerli mətbuata açıqlamsında bildirib ki, bir müddət futbol oynamayacaq:

“Son günlərdə çoxlu testlər vermişəm. Məndə ürək əzələsinin iltihabı (miokardit) var. Səbəblər fərqli, nəticələri ciddi ola bilər. Bəxtim gətirdi ki, meydanda xilas oldum. Mənə kömək edənlərə necə minnətdar olduğumu sözlə ifadə edə bilmirəm. Tezliklə evə gedəcəm və tam sağalmaq üçün bir az dincəlməliyəm. Hələlik futbola fasilə verib yaxın gələcəyi ailəmlə keçirəcəyəm”.

Qeyd edək ki, oktyabrın 30-da Erediviziyanın 10-cu turunun “Alkmaar”la oyununda 34 yaşlı futbolçu meydanın mərkəzində yıxılıb. Bundan sonra qıcolmaları başlayıb. Futbolçunu xərəkdə meydandan çıxaranda huşunu itirib.

Shares: