“Mançester Yunayted”in qış transfer bazarlığına Lisandro Martnesin durumu da təsir edəcək. Argentinalı mərkəz müdafiəçisi gec sağalsa, “qırmızı şeytanlar” yeni futbolçu transfer etməli olacaq.

Futbolinfo.az xəbər verir ki, ağır zədə üzündən komandasına kömək edə bilməyən Lisandronun yoxluğunda İngiltərə klubunun işləri çətinləşib. Mançester təmsilçisinin çox top buraxması müdafiənin mərkəzində oynayan futbolçuların bərbad çıxışı ilə əlaqələndirilir. Bu səbəbdən Martines sıraya gec dönərsə, yeni futbolçu almaq lazım gələcək.

Lisandro isə geri dönmək üçün tələsir: “Bərpa prosesi sürətlə gedir. Tezliklə sağalacağıma ümid edirəm. İkinci dəfədir başıma belə bir hadisə gəlir. Amma tələsmək də istəmirəm. Tam sağalmaq üçün səbrli olmalıyam. Yeni ildən komandaya tam gücümlə kömək edəcəyimə inanıram”.

Shares: