Mauritsio Poçettino Tyaqo Silvadan çox razıdır. “Çelsi”nin baş məşqçisi təcrübəli müdafiəçini köməkçisi hesab edir.

Futbolinfo.az xəbər verir ki, argentinalı mütəxəssis braziliyalının yüksək səviyyəli peşəkar olmasından məmnundur: “Meydanda əsas köməkçimdir. Matçı hamıdan arxada izləyir, göstəriş verir”.

Silva da eyni sözləri təkrarlayır: “Xəta etməməliyəm. Qaydasında getməyən şeylər görəndə Poçettinoya xəbərdarlıq edirəm, texniki heyətlə danışıram. Bəzən nəyin qaydasında getmədiyini meydanda ilk olaraq biz anlayırıq. Amma meydanında kənarından daha soyuq başla görülən məqamlar da var. İkili münasibətlər çox önəmlidir”.

Tyaqo günlük rejimini də açıqlayıb: “Hər səhər 8-də oyanıram. 8:45-də klubun bazasında olmağım gərəkdir. Gəlirəm, kofe işirəm, məşqöncəsi prosedurları keçirəm. Məşqdən sonra elə klubda dincəlirəm. Evə döndükdən sonra tzm sakitlikdə daha iki saat yatıram. Oyandıqdan sonra peşəkarlardan ibarət qrup rejimimə nəzarət edir. İmkan daxilində ailəmlə birgə vaxt keçirirəm. Bəzən “Çelsi” akademiyasında təhsil alan övladlarımı izləyirəm. Hər gün eyni şeylər. Hazırda daha çox sağlamlığımın bərpasına vaxt ayırıram”.

Silva Poçettinonun ona yardım etdiyini deyir: “Baş məşqçi mənə dayaqdır. O, fiziki durumumun qaydasında olması üçün yardım edir”.

Shares: