Rafael Varan da “Mançester Yunayted”də xoşbəxt deyil. Ceydon Sanço ilə problem yaşayan baş məşqçi Erik ten Haq, bir çox oyunçu kimi fransalı mərkəz müdafiəçisi ilə də yola getmir.
Futbolinfo.az İngiltərə mətbuatına istinadla xəbər verir ki, təcrübəli oyunçu son Mançester derbisindən sonra özündən çıxıb. “Siti”yə 0:3 hesablı ev məğlubiyyətinin ardından Varan məşqçi heyəti ilə hirsli danışıb. O, ehtiyatda qalmasının səbəbini soruşub, istədiyi cavabı almadığı üçün əsəbləşib.
Rafael hətta klub rəhbərliyinə müraciət edərək yanvarda transferə çıxarılmasını istəyir. Ten Haq istefaya göndərilməsə, təcrübəli müdafiəçi komandada qalmayacaq.