AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolinfo.az xəbər verir ki, iclasda I Liqanın 7-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Mingəçevir” – “İrəvan” oyununda “İrəvan”ın 5 futbolçusu sarı vərəqə aldığına görə “İrəvan” klubu 70 manat cərimə edilib.

“Mingəçevir” – “İrəvan” görüşünün oyunöncəsi iclasında “İrəvan” klubunun nümayəndəsi iştirak etmədiyinə görə “İrəvan” klubu 80 manat cərimə edilib.

“İmişli” – “Zaqatala” oyununda “İmişli” klubunun 7 futbolçusu sarı vərəqə aldığına görə “İmişli” klubu 70 manat cərimə edilib.

“İmişli” – “Zaqatala” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “İmişli” klubu 100 manat cərimə edilib.

“Qaradağ Lökbatan” – MOİK oyununda MOİK klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə MOİK klubu 70 manat cərimə edilib.

“Qaradağ Lökbatan” – MOİK görüşünün oyunöncəsi iclasında təhlükəsizlik nümayəndəsi iştirak etmədiyinə görə “Qaradağ Lökbatan” klubu 80 manat cərimə edilib.

“Qaradağ Lökbatan” – MOİK oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Qaradağ Lökbatan” klubu 100 manat cərimə edilib.

Shares: