Asamoa Qyan mal varlığının bir hissəsini keçmiş həyat yoldaşına verməli olacaq. Qana yığmasının sabiq üzvü İngiltərədə bir ev, Akkrada bir ev, bir yanacaqdoldurma məntəqəsi və iki avtomobilindən vaz keçəcək.

Futbolinfo.az xəbər verir ki, cütlük bir il boyunca dava edib. “Sanderlend”in sabiq futbolçusu qardaşının tövsiyəsi ilə DNT testinə gərək duyub. O, üç övladının heç də hamısının ona aid olmadığını düşünür.

Nina daha önce futbolçu Stefan Appya, aktyorlar Con Dumelo və Prens David Oseyi, nigeryalı milyarder Dino Melaye və rəqqas-müğənni Buju Banton ilə birgə yaşamışdı. Asamoanın qardaşı Baffur Qyan Asamoanın ən böyük oğlunun Oseyiye çox bənzədiyini düşünür.

Amma analizlərin nəticəsi xanımının haqlı olduğunu göstərib. Bütün uşaqlar məhz Asamoanındır. Belədə Qyan keçmiş həyat yoldaşına yuxarıda sadalananları verməli olacaq.

b2a40f39 efde 4225 9ae9 458af6653392 - Futbolinfo.az
Shares: