Rusiya millisinin sabiq futbolçusu Aleksey Buqayev narkotiklə bağlı cinayət işi üzrə dekabrın 31-dək həbsdə qalacaq.
Futbolinfo.az yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Krasnodar məhkəməsi qərar çıxarıb.
42 yaşlı keçmiş müdafiəçi oktyabrın 29-na keçən gecə polis tərəfindən saxlanılıb. Onun üzərindən satmaq məqsədilə 500 qram mefedron aşkarlanıb.
Buqayev ölkəsində “Torpedo”, “Lokomotiv”, “Krasnodar” kimi klublarda çıxış edib. O, 2004-2005-ci illərdə Rusiya yığmasının formasını geyinib.