Bu gün Braziliyanın San Paolo şəhərində Formula 1 üzrə dünya çempionatının növbəti mərhələsi keçiriləcək. Günün proqramında sərbəst yürüşlər və təsnifat var.
Lakin hər iki sessiya təxirə salına bilər. Bunun da səbəbi hava şəraitidir. Hazırda şəhərdə güclü külək əsir və yağış yağır. Ştatda qasırğanın “narıncı” səviyyəsi elan edilib. Braziliyanın Milli Hidrometeorolgiya institutu belə hava şəraitinin 1 sutka davam edəcəyini bildirib. Qasırğa dünən başladığından bu axşama qədər davam etməlidir. Beləliklə də , cümə gününə olan sessiyaların keçiriləcəyi sual altındadır.
Xatırladaq ki, sərbəst yürüşlər Bakı vaxtı ilə 18:30-da, təsnifat mərhələsi isə 22:00-da başlamalıdır.