UEFA “Ballon D’Or” mərasinini 2024-cü ildən etibarən “France Football” ilə birlikdə təşkil edəcək.
Futbolinfo.az xəbər verir ki, bu barədə rəsmi qərar verilib. “Qızıl top”un sahibini tapacağı tədbirdə iki yeni nominasiya da olacaq.
Növbəti mərasimdə ilin kişi və qadın baş məşqçiləri də mükafat alacaq. Eyni zamanda UEFA-nın “İlin Oyunçusu” mükafatı ləğv olunur. “Qızıl Top”un qalibinin seçilmə kriteriyaları isə dəyişməyəcək.
Bugünə qədər yalnız Parisdə düzənlənən mükafatlandırma mərasiminin başqa şəhərlərdə təşkil edilməsi də mümkün olacaq.