UEFA “Barselona” klubunun appelyasiyasını rədd edib.
Futbolinfo.az xəbər verir ki, Katalon klubu 500 min avroluq cərimənin ləğv edilməsini tələb edirdi.
Lakin qurum klub tərəfindən yürüdülən iddiaları əsassız sayıb.
Xatırladaq ki, UEFA “Barselona”nın gəlirlərinin düzgün izah edilməməsinə görə cərimə tətbiq etmişdi. “Blauqrana” isə bununla razılaşmayaraq şikayət etmişdi. Məlumata görə iqtisadi materiallar dolğun olmayıb. Klub isə bunun cərimə üçün əsassız olduğunu qeyd edib.
İşə UEFA-nın klubların maliyyə fəaliyyətinə nəzarət edən appelyasiya instansiyası baxıb. Qurum yenidən araşdırma apararaq cəriməni qüvvədə saxlayıb.