“Səbail” iki ciddi itki ilə üzləşib. “Turan Tovuz”la hazırda davam edən görüşün ilk hissəsində Süleyman Əhmədov və Ağabala Ramazanov zədələnib.

Futbolifo.az xəbər verir ki, Süleymanın çiyni çıxıb. Cinah müdafiəçisi matçın əvvəlində adi epizodda xəsarət alıb. O, hətta rəqiblə ikili mübarizəyə girmədən sıradan çıxıb.

Ağabala isə fasilə ərəfəsində zədələnib. Hava mübarizəsində rəqiblə toqquşan hücumçu yerə düşərkən başı sərt şəkildə qazona dəyib. Təcili yardım maşını ilə xəstəxanaya aparılan futbolçu artıq özünə gəlib, həyati təhlükəsi yoxdur.

Shares: