Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində 31 oktyabr – 3 noyabr tarixlərində keçirilən usta cüdoçular arasında dünya çempionatında idmançılarımız 5 qızıl, 1 gümüş və 5 bürünc medal əldə ediblər.
Futbolinfo.az xəbər verir ki, veteranlarımız çempionatı ümumi hesabda 6-cı, kişilər arasında isə 5-ci yerdə başa vurub.
Yarışın dördüncü günündə M2 və F5 yaş kateqoriyaları üzrə 15 cüdoçumuz medallar uğrunda mübarizə aparıb. Cüdoçularımız yarışın sonuncu günündə 1 qızıl və 1 bürünc medala sahib olub.
M2 yaş kateqoriyası -66 kq. çəkidə Nadir Babayev qızıl medal, Vüqar Babayev isə bürünc medal əldə edib. Eyni çəki dərəcəsində yarışan digər cüdoçumuz Xəyal Zalıyev 7-ci yerlə kifayətlənib. -60 kq. çəkidə Əfqan Abdullayev yarışı 5-ci yerdə tamamlayıb.
F5 yaş kateqoriyası üzrə isə -70 kq. çəkidə Zülfiyyə Hüseynova 5-ci yerdə qərarlaşıb.