Səudiyyə Ərəbistanının İnvestisiya Fondları Madrid və Mayamidəki  “Masters” seriyalı tennis turnirlərinin hüququnu almaq fikrindədirlər. Turnirlər “İnternational Management Group”a məxsusdur. Tərəflər arasında danışıqlar Yaxın Şərqdəki konfliktə görə axsaya bilər.

Səudiyyə Ərəbistanı bu il qadınlar arasında yekun turnirə də ev sahibliyi etmək istəyirdi. Lakin turnir Meksikaya verildi.

Bu il ölkə ərazisində yoldaşlıq xarakterli artıq bir turnir keçirilib. Əlavə edək ki, Madrid turniri apreldə, Mayamidəki yarış isə martın sonlarında olur.

Shares: