“Alanyaspor”un yeni baş məşqçisi məlum olub.
Futbolinfo.az xəbər verir ki, Alanya təmsilçisi Fatih Təkkəyə tapşırılıb.
46 yaşlı mütəxəssis bu postda Ömər Ərdoğanı əvəzləyib. Onunla ilyarımlıq müqavilə imzalanıb.
“Alanyaspor” Super Liqada 10 turdan sonra 10 xalla 14-cü pillədə qərarlaşıb.
Fatih Təkkə son olaraq “İstanbulspor”un “sükanı arxasında” olub. O, sentyabr ayında bu komandadan ayrılandan işsiz idi.