Formula 1 üzrə dünya çempionatının 20-ci mərhələsi Braziliyada start götürüb. Sprint həftəsonunun təqviminə uyğun olaraq, cümə günü təsnifat mərhələsi baş tutub.
İlk sessiyada sensasiya qeydə alınmayıb. Favoritlər növbəti sessiyaya yüksəliblər. İkinci sessiya da gözlənilən kimi nəticələnib. Beş güclü komanda iki sürücüsü ilə finala adlayıb.
Həlledici məqamda hava şəraiti öz sözünü deyib. San-Paoloda başlayan yağış əksər sürücülərə mane olub. Trassa ilk çıxanlar isə yaxşı nəticə göstərməyi bacarıblar.
Maks Ferstappen növbəti dəfə poul qazanıb. İkinci yer Leklerə qismət olub. Son vaxtlar uğursuzluğa düçar olan “Aston Martin” ikinci cərgəni zəbt edib.
Xatırladaq ki, əsas yarış bazar günü keçiriləcək.