Erik ten Haq ardıcıl qələbələr haqqında düşünür. “Mançester Yunayted”in baş məşqçisi uğursuzluq zolağından çıxmaq üçün başqa yol görmür.
Futbolinfo.az xəbər verir ki, niderlandlı mütəxəssis bu barədə keçirdiyi mətbuat konfransında danışıb: “Başqa ssenarini düşünmək belə istəmirəm. Çox yaxşı hazırlaşmalıyıq. Əla heyətimiz var, onların hamısına güvənirəm. Ötən mövsüm bu futbolçuların bacarıqlarını gördük, indi daha yaxşısını reallaşdıra bilərlər”.
Ten Haq yeni transfer dönəmi barədə düşünmədiyini deyib: “Çünki heyətimiz yetərlidir. Sadəcə, öz oyunumuzu göstərməliyik. Ardıcıl uğursuzluqlardan dərs çıxarmalıyıq. Bir qələbədən sonra davamı gələcək”.
Məşqçi Mançester derbisndəki məğlubiyyətdən sonra Markus Reşfordun əylənmək üçün ziyafətə getməsindən də danışıb: “Bu mövzunu müzakirə etdik. Qəbuledilməz vəziyyət idi. Markus üzr istədi və bu məsələni klubdaxili işimiz kimi qapatdıq. Yanışını düzəltmək üçün motivasiyalıdır”.