Braziliya qran-prisinin təsnifat mərhələsindən sonra 3 pilota cəza verilib.
“Mercedes” sürücüsü Corc Rassel 6-cı yeri tutsa da, bazar günü yarışa 8-ci yerdən start verəcək. Britaniyalı pilota pit-leynin çıxışında rəqiblərini ləngitdiyinə görə cərimə verilib.
Eyni qayda pozuntusuna “Alpine” sürücücüləri də yol veriblər. Esteban Okon və Pyer Qasli də 2 yer itirməklə cəzalandırıblar. Bu səbəbdən də Okon yarışa 14, Qasli isə 15-ci yerdən start verəcək.
Xatirladaq ki, Meksika qran-prisində baş verən eyni hadisələrdən sonra FİA sürücüləri cəzalandıracağını bildirmişdi.